Ana Sayfa > İqtisadiyyat > Buğdanın idxalı və satışı, çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur
Buğdanın idxalı və satışı, çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur1-02-2021, 18:00. Yazar: sevinc1 |
Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Belə ki, vergidən azadetmə 2022-ci ilədək davam edəcək. Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi. Habelə, kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın 2021-ci ilin mart ayının 1-də bitdiyini və heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi nəzərə alınaraq həmin azadolmanın müddətinin daha 1 il müddətinə uzadılması təklif olunur. Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. aia.az Geri dön |