Ana Sayfa > Seçki 2024 > Bakı Gənclər Mərkəzi: “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcəyə Bizimlə Addımla” himni

Bakı Gənclər Mərkəzi: “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcəyə Bizimlə Addımla” himni


1-02-2021, 12:42. Yazar: sevinc1
Bakı Gənclər Mərkəzi: “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcəyə Bizimlə Addımla” himni



Bakı Gənclər Mərkəzinin könüllülərinin və istedadlı üzvlərinin iştirakı ilə “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gələcəyə Bizimlə Addımla” adlı himni üçün video-klip hazırlanmışdır.

Klipin ərsəyə gətirilməsində məqsəd Bakı Gənclər Mərkəzinin daim gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkili, mövcud potensiallarının üzə çıxarılması üçün çalışdığını vurğulamaq və gəncləri bir Mərkəzdə toplamağa çağırışdır.

Parlaq Azərbaycan gəncliyinin uğurlarından, qazandığı qələbələrdən, daima zəfər ruhlu olmasından bəhs edən himndə gəncləri birliyə, həmrəliyə səsləyən mesajlar yer almışdır. Himn müasir və milli musiqinin vəhdətindən təşkil olunmuş, gələcəyə doğru məğrur şəkildə addımlayan Azərbaycan gənclərini özündə təcəssüm etdirir.

“Gələcəyə Bizimlə Addımla!” klipini izləmək üçün link vasitəsilə keçid edə bilərsiniz:

Geri dön