Ana Sayfa > Manşet / Gündəm > “Baku Steel Company” şirkətinin rəhbəri barədə 4 ay həbs qərarı verildi
“Baku Steel Company” şirkətinin rəhbəri barədə 4 ay həbs qərarı verildi1-02-2021, 09:49. Yazar: sevinc1 |
![]() Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb. Trend-in məlumatına görə, məhkəmə vəsatəti təmin edib və R.Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub. aia.az Geri dön |