Ana Sayfa > Siyasət > "ABŞ Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Rusiya ilə əməkdaşlıq edir" - Səfir
"ABŞ Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Rusiya ilə əməkdaşlıq edir" - Səfir30-01-2021, 19:34. Yazar: admen |
![]() ABŞ Dağlıq Qarabağ, Ukrayna, Liviya və Koreya məsələləri ilə əlaqədar Rusiya ilə əməkdaşlıq edir və dialoqu davam etdirmək niyyətindədir: AİA.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan mətbuata müsahibəsində deyib. O bildirib ki, bir müddət əvvəl fransalı həmkarı ilə birlikdə Rusiya Xarici İşlər Nazirliyində brifinqdə iştirak edib: "ABŞ, Fransa və Rusiya Minsk qrupunun həmsədrləridir. Brifinq zamanı bizi Dağlıq Qarabağdakı vəziyyət və Azərbaycanla Ermənistan arasında başa çatmış münaqişə barədə məlumatlanırıblar. Bu, ABŞ-ın Rusiya ilə, eləcə də Fransa ilə əməkdaşlıq etdiyi sahələrdən biridir və biz bu məsələlərlə əlaqədar əməkdaşlığımızı davam etdirmək istəyirik". Geri dön |