Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır:

65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır:


29-01-2021, 18:02. Yazar: sevinc1
65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır:

Fevral ayının 1-dən vaksinasiyaya cəlb olunacaq 65 yaşdan yuxarı şəxslərin siyahısı hazırlanır.

Bunu Trend-ə açıqlamasında 1 saylı Şəhər Poliklinikasının baş həkimi Kubra Cabbarova deyib. Onun sözlərinə görə, yaxın günlərdə həmin şəxslərə sahə həkimi tərəfindən zənglər olunacaq:

“Könülü halda poliklinikaya gələcək şəxslərin özləri ilə tibbi kartlarını gətirmək xahiş olunacaq. Onlar vaksinasiya olunmadan əvvəl həkim müayinəsindən keçəcəklər. Belə ki, yaşları 65-dən yuxarı olan insanlarda xroniki xəstəlik ola bilər və qış ayları olduğu üçün sərtləşmə qeydə alına bilər. Ona görə həkim rəyi olmadan onlara vaksin vurulmayacaq, sahə həkimi icazə verəndən sonra onu vaksinasiya otağına alacağıq”.

Baş həkim əlavə edib ki, sahə həkimləri xroniki xəstə olan vətəndaşları şəxsən tanıyırlar.

aia.az
Geri dön