Ana Sayfa > Parlament > Azərbaycanda 399 nəfər COVID-19-dan sağalıb, 142 nəfər yoluxub, 6 nəfər vəfat edib
Azərbaycanda 399 nəfər COVID-19-dan sağalıb, 142 nəfər yoluxub, 6 nəfər vəfat edib29-01-2021, 17:48. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 229 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib, aktiv xəstə sayı 4 263 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 342, ötən müddət ərzində isə ümumilikdə 2 394 476 test aparılıb. aia.az Geri dön |