Ana Sayfa > İdman > “Formula-1” Bakıda keçiriləcək yarışın başlanma saatını açıqlandı
“Formula-1” Bakıda keçiriləcək yarışın başlanma saatını açıqlandı29-01-2021, 17:26. Yazar: sevinc1 |
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin başlanma saatı açıqlanıb. Oxu.Az xəbər verir ki, “Formula-1” təşkilatı bu il keçiriləcək 23 yarışdan 22-nin (mayın 2-də keçiriləcək üçüncü yarışın meydan sahibi hələ bilinmir – S.M.) başlanma saatını tərtib edib. İyunun 4-də “Formula-1” pilotlarının birinci məşqi saat 13:30-14:30, ikinci məşqi isə 17:00-18:00 aralığında olacaq. Üçüncü məşq iyunun 5-də 14:00-15:00-da baş tutacaq. Həmin gün 17:00-18:00-da təsnifat yarışı keçiriləcək. İyunun 6-da isə yarış 16:00-da başlayacaq. Bakıda gün batana – 20:08-ə kimi yarış başa çatmalıdır. aia.az Geri dön |