Ana Sayfa > Parlament > Rafiq Hüseynovun həyat yoldaşı Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
Rafiq Hüseynovun həyat yoldaşı Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib29-01-2021, 14:00. Yazar: sevinc1 |
![]() Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Trend-ə açıqlamasında Güllü Hüseynova qeyd edib ki, R.Hüseynov hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir: “Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, Rəmişin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm”. aia.az Geri dön |