Ana Sayfa > Dünya > Tanzaniya prezidenti:
Tanzaniya prezidenti:29-01-2021, 08:00. Yazar: sevinc1 |
Tanzaniya prezidenti Con Maqufuli bildirib ki, kütləvi vaksinasiyaya başlamaq üçün hər hansı bir qərar ciddi düşünülmədən qəbul edilə bilməz. Bu barədə “The Citizen” qəzeti xəbər yayır. Maqufuli ölkəsində COVID-19 epidemiyası olmadığını deyib. “Peyvəndlər təhlükəlidir. Ağdərililər peyvənd tapa bilsəydilər, indiyədək QİÇS-ə (Qazanılmış İmmun Çatışmamazlığı Sindromu - red.), vərəmə, malyariyaya peyvəndi tapardılar”, - deyə o bildirib. COVID-19-a dair məlumatları ictimaiyyətlə paylaşmayan Tanzaniya Madaqaskarın koronavirusa qarşı hazırladığı bitki mənşəli dərmanı alan ilk ölkələrdən biri olub. aia.az Geri dön |