Ana Sayfa > Karusel / Siyasət > Rövşən Əhmədov: “Azərbaycan Türkmənistan arasında əldə edilmiş razıaşmanın beynalxaq və regional əhəmiyyəti var”

Rövşən Əhmədov: “Azərbaycan Türkmənistan arasında əldə edilmiş razıaşmanın beynalxaq və regional əhəmiyyəti var”


28-01-2021, 10:00. Yazar: admen
Rövşən Əhmədov: “Azərbaycan  Türkmənistan arasında əldə edilmiş razıaşmanın beynalxaq və regional əhəmiyyəti var”

“Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair imzalanmış Anlaşma Memorandumu ölkələrimizin iqtisadi cəhətdən daha da güclənməsinə və xalqlarımız arasında əsl dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək” – bu sözləri saytımıza verdiyi müsahibəsində YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib.

Əməkdaşımızın suallarını cavablandıran Rövşən Əhmədov qeyd edib ki, xüsusilə son illər ərzində ölkəmizin beynəlxalq miqyasda nüfuzunun durmadan yüksəlməsi dünya dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını xeyli artırıb və bu müsbət tendensiya da Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin daha bir nəticəsidir. Bu barədə öz fikirlərini paylaşan müsahibimiz Azərbaycan və Türkmənistan arasında imzalanmış sazişin ümumilikdə regionun inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu vurğulayaraq bunları deyib: “Məlumdur ki, bu gün Xəzəryanı ölkələr arasında geniş və səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Sozsüz ki, bu işgüzar münasibətlərin yaradılmasında və işləkliyinin təmin olunmasında Azərbaycanın böyük rolu vardır. Belə ki, Azərbaycan Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün hər zaman böyük səy göstərib və dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri olub. Bu gün Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır. Heç şübhəsiz bu birgə fəaliyyət ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Həmçinin bu əməkdaşlıq regionun ümumi inkişafına əlavə imkanlar yaradacaqdır. Eyni zamanda da bu layihə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.”
Daha sonra YAP Ağcabədi rayon təşkilatının sədri Azərbaycan və Türkmənistan arasında logistik əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları dedi: “Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan və Türkmənistan arasında mövcud əməkdaşlıq əlaqələrindən bəhs edərkən xüsusi olaraq qeyd etmişdir ki, məhz nəqliyyat sahəsi bu əlaqələrin strateji istiqamətidir. Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşu dövlətlər üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.”
Müsahibəsinin sonunda Rövşən Əhmədov ölkələrimiz arasında imzalanmış memorandumun həm Azərbaycanın, həm də Türkmənistanın tam müstəqil iqtisadi siyasət yürüdən ölkələr olduqlarının daha bir göstərisi olduğunu da vurğulayıb: “Bilirik ki, bu gün Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və əlbəttə ki, bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq. Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir və investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaqdır. Təqdirəlayiq haldır ki, Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir. Ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri ümumi dəyərlər əsasında qurulub və bu əlaqələr bundan sonra daha da inkişaf edəcək.”

Abbas Abbasov
Elburus Bağırov

AİA.Az
Geri dön