Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycan quş qripinə görə riskli ölkə sayılır -
Azərbaycan quş qripinə görə riskli ölkə sayılır -28-01-2021, 17:20. Yazar: sevinc1 |
Quş qripi xəstəliyi köçəri quşlar vasitəsilə yayılır. Azərbaycan köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yeri olduğuna görə ölkəmiz bu xəstəlik üçün riskli sayılır. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri - Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib. Onun sözlərinə görə, Xəzər dənizi sahilləri, bir çox dövlət qoruqlarındakı bataqlıq su tutarları, Mərkəzi Aran bölgəsində köçəri quşlar məskunlaşırlar: “Ona görə də ölkəmiz quş qripinə görə riskli ölkə hesab edilir. Bu səbəbdən görülməsi vacib olan əsas profilaktik kiçik ailə təsərrüfatları, iri kommersiya təsərrüfatlarında ev quşlarının köçəri və çöl quşları ilə, xüsusilə qarğa, göyərçin, sərçə ilə təmasının qarşısının alınmasıdır: "Bu quşlara qulluq zamanı şəxsi gigiyena vasitələrinə əməl olunmalıdır. Eyni zamanda, səbəbi məlum olmayan tələfat aşkarlandıqda dərhal müvafiq qaydada məlumat verilməlidir”. Q.Əbdüləliyev əlavə edib ki, ailə təsərrüfatları, təbiət ərazilərində yüksək patogen quş qripi təhlükəsi olan quşun olub-olmamağını öyrənmək üçün quş qripi ilə bağlı monitorinqlər keçirilir. Noyabr, dekabr və yanvar aylarında həyata keçirilən monitorinqlər zamanı xəstəliyə şübhəli hal qeydə alınmayıb. aia.az Geri dön |