Ana Sayfa > Dünya > Ərdoğan bu gün Türkiyə qoşunlarının Azərbaycandakı fəaliyyətini müzakirə edəcək

Ərdoğan bu gün Türkiyə qoşunlarının Azərbaycandakı fəaliyyətini müzakirə edəcək


28-01-2021, 09:00. Yazar: sevinc1
Ərdoğan bu gün Türkiyə qoşunlarının Azərbaycandakı fəaliyyətini müzakirə edəcək



Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək iclasında Türkiyə ordusunun Azərbaycandakı fəaliyyəti müzakirə olunacaq.

Bu barədə “Anadolu” agentliyi məlumat yayır.

Eyni zamanda, Türkiyə ordusunun terror təşkilatlarına qarşı əməliyyatları, digər regional və milli təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.


aia.az
Geri dön