Ana Sayfa > Siyasət > Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub27-01-2021, 16:17. Yazar: sevinc1 |
![]() 2021-ci ilin 27 yanvar tarixində qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. aia.az Geri dön |