Ana Sayfa > Ölkə > Xətai rayonunda ağacəkmə aksiyası keçirilib

Xətai rayonunda ağacəkmə aksiyası keçirilib


27-01-2021, 15:04. Yazar: sevinc1
Xətai rayonunda ağacəkmə aksiyası keçirilib


Xətai rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni yaşıllıq sahələrinin yaradılması, ağac, kol bitkilərinin əkilməsi davam etdirilir və bu məqsədlə növbəti aksiya keçirilib.

Rayon İcra Hakimiyyətinin və rayon Bələdiyyələrinin təşəbbüsü ilə təşkil olunan aksiya çərçivəsində rayonun M.Rüstəmov və S.Ə.Şirvani küçələrində ağaclar əkilib. Mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada xidmət təşkilatlarının kollektivləri iştirak ediblər.

aia.az






Geri dön