Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Əhliman Əmiraslanov: Yoluxucu xəstəliklərlə mübarizədə vaksinasiyanın çox böyük əhəmiyyəti var
Əhliman Əmiraslanov: Yoluxucu xəstəliklərlə mübarizədə vaksinasiyanın çox böyük əhəmiyyəti var27-01-2021, 12:59. Yazar: sevinc1 |
“Artıq bir ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizədə mütəxəssislər ciddi nailiyyət əldə edərək, qısa zamanda xəstəliyə qarşı effektiv peyvəndlər hazırlaya bilib. Belə ki, yoluxucu xəstəliklərlə mübarizədə vaksinasiyanın çox böyük əhəmiyyəti var”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. Əhliman Əmiraslanov bildirib ki, dövlətimizin səyi nəticəsində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini almınşdır və ölkəmiz əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır. Qeyd edilən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanmışdır. “CoronoVAC” vaksini bir neçə ölkədə klinik sınaqlardan keçirilmiş və effektivliyi yüksək olmuş, mənfi təsirləri aşkar edilməmişdir. Vaksinin ölkəmizə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub. Komitə sədrinin sözlərinə görə, bir həftədən çoxdur ki, ölkəmizdə əhalinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb: “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Qeyd edilən strategiyanın əsas məqsədi ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə, həm də səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Əhalinin bəzi təbəqələri artıq bu prosesə cəlb olunub. Göründüyü kimi heç bir yan təsir müşahidə olunmur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”. aia.az Geri dön |