Ana Sayfa > Şou-biznes > 12 yaşlı məktəblidən çətin sual - Putin canlı yayımda

12 yaşlı məktəblidən çətin sual - Putin canlı yayımda


14-04-2016, 16:31. Yazar: admin
12 yaşlı məktəblidən çətin sual - Putin canlı yayımda






Rusiya prezidenti Vladimir Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırır.

"AİA.az" “Qafqazinfo” - ya istinadən xəbər verir ki, bu, sayca 14-cü illik “Vladimir Putinlə canlı yayım”dır. Dövlət başçısına ümumilikdə 2 milyona yaxın sual göndərilib.

Dövlət başçısına ünvanlanan maraqlı suallardan biri də 12 yaşlı məktəblinin sualı olub. Putin “Ərdoğan və Poroşenko suda boğulsaydı hansını qurtarardınız?” sualına cavab verməkdə çətinlik çəkib:

“Bilmirəm necə deyim. Çətin durumda qaldım. Əgər kimsə boğulmağa qərar veribsə, onu xilas etmək artıq mümkün deyil. Lakin biz kömək əlimizi istənilən həmkarımıza uzatmağa hazırıq, əgər o özü bunu istəyirsə.

Rusiya düşmənlik həlqəsində olmayacaq, bu, istisnadır.

Bizim dünyanın əksər ölkələri ilə mehriban əlaqələrimiz var.

Moskva Ankaranın dostu olaraq qalır. Lakin ayrı-ayrı siyasilərlə problemlərimiz var.
Geri dön