Ana Sayfa > Gündəm > Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib26-01-2021, 17:59. Yazar: sevinc1 |
![]() Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Port Gentil şəhərindən digər yerə gətirilib. Trend-in məlumatına görə, Fərman İsmayılovun nəşi xüsusi təyyarə ilə Qabonun Port Jantil şəhərindən Librevil şəhərinə gətirilib. Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub. aia.az Geri dön |