Ana Sayfa > İqtisadiyyat > 2024-cü ilədək Azərbaycanda orta inflyasiya göstəricisi 2,7 faiz olacaq

2024-cü ilədək Azərbaycanda orta inflyasiya göstəricisi 2,7 faiz olacaq


26-01-2021, 10:26. Yazar: sevinc1
2024-cü ilədək Azərbaycanda orta inflyasiya göstəricisi 2,7 faiz olacaq


2021-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi ümumi daxili məhsulun 2,7 faizini təşkil edəcək.

Trend bu barədə "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu, 2020-ci illə müqayisədə 0,1 faiz az olacaq.

2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi ümumi daxili məhsulun 2,9 faizinədək yüksələcək. 2023 və 2024-cü illərdə isə bu göstərici müvafiq olaraq 2,6 və 2,7 faiz təşkil edəcək.

Beləliklə, 2024-cü ilədək Azərbaycanda orta inflyasiya göstəricisi 2,7 faizə bərabər olacaq.

aia.az
Geri dön