Ana Sayfa > Şou-biznes > "Özünü kamera qarşısında mələk kimi göstərirdi"
"Özünü kamera qarşısında mələk kimi göstərirdi"25-01-2021, 17:37. Yazar: admen |
Xalq artisti Flora Kərimova "Xəbər-ətər" proqramında qonaq olub. AİA.Az axşam.az-a istinadən bildirir ki, müğənni çəkilişlərdən birində adını açıqlamadığı Xalq artisti haqda etiraf edib: "10 il bundan əvvəl bir çəkilişdə idik. İncə, nazik bir obrazda Xalq artisti dayanmışdı. Arada bir pərdə görünürdü, asanlıqla o qadına söz demək mümkün deyildi. Elə oldu ki, operator nəyisə səhv etdi və təzədən çəkməli olduq. Operator kameranı bağlamadı. Onun üzünü görüb, sözlərini eşidərdiniz: qışqırırdı. Məəttəl qaldım. Elə ki, dedilər çəkilişə başlayırıq, elə bir dona girdi ki: mələk. Orada görünür ki, davranışının acığını çıxdılar. Həmin yerləri efirdə göstərdilər. Həmin insanı indiyənə qədər görəndə, elit görünməyə çalışanda, gülməyim tutur. Ona nə hörmətim olacaq? Ondan nə öyrənəcəksən?". Geri dön |