Ana Sayfa > Cəmiyyət > Qadın qadını bıçaqladı - Kredit borcuna görə

Qadın qadını bıçaqladı - Kredit borcuna görə


13-04-2016, 13:52. Yazar: admin
Qadın qadını bıçaqladı - Kredit borcuna görə





Şəmkirdə kredit borcu üstündə dava düşüb.

“AİA.az” Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Şəmkirin Dəllər qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Qəsəbə sakini, 35 yaşlı Ülviyyə Nəsibova hələlik şəxsiyyəti məlum olmayan qadın tərəfindən bıçaqlanıb. Bədənin müxtəlif nayihələrindən yaralanan qadın dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Yerli hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, Ülviyyə Nəsibovanın tanışı onu kredit borcu üstündə yaranan mübahisə zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.
Geri dön