Ana Sayfa > Karusel / Gündəm > Rusiya sülhməramlıları Qarabağda antiterror təlimi keçirir

Rusiya sülhməramlıları Qarabağda antiterror təlimi keçirir


25-01-2021, 11:07. Yazar: sevinc1
Rusiya sülhməramlıları Qarabağda antiterror təlimi keçirir


Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrinin müdafiəsi ilə bağlı təlimlər keçirir.

aia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, rus hərbçilər Dağlıq Qarabağdakı müşahidə məntəqələrində xidmət edərkən mütəmadi olaraq antiterror təlimi keçirirlər.

Sülhməramlı kontingentinin müşahidə məntəqələri, həmçinin hərbi personalı atıcı silahlardan və qəlpələrdən qorumaq üçün istehkam blokpostları ilə təchiz edilib.

aia.az
Geri dön