Ana Sayfa > İdman > “Qarabağ”dan rəsmi açıqlama:
“Qarabağ”dan rəsmi açıqlama:25-01-2021, 10:45. Yazar: sevinc1 |
“Gündüz Abbaszadənin “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri olması xəbəri doğru deyil. O, bu posta namizədlərdən biridir. Öz namizədlərimizi klub rəhbərliyi ilə müzakirə etdikdən sonra qərar qəbul edəcəyik”. Bunu Oxu.Az-a “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov altı gün əvvəl açıqlama yayaraq “Qarabağ”dan ayrıldığını bildirib. Bundan sonra klub həmin posta namizəd axtarışına start verib. Klubun namizədlərindən biri isə vaxtı ilə ANS televiziyasında, “Neftçi” və “Xəzər” (Bakı) klublarında çalışmış, hazırda “CBC Sport” telekanalının əməkdaşı olan Gündüz Abbaszadədir. Çəlikəl onun namizədliyi haqda bunları deyib: “Bir neçə namizədimiz var. Gündüz də onlardan biridir. O, mətbuat katibi ola da bilər, çünki real namizədlərdəndir. Ancaq hələ ki təyinatı reallaşmayıb. İnşallah, bu həftə ərzində təyinatı açıqlayacağıq. Çünki bu post boş qala bilməz. Təyinat olmalıdır”. “Xəzər” TV-nin sabiq əməkdaşı, hazırda “CBC Sport”da çalışan Emin Abbasovun da bu klubda çalışacağı gözlənilən idi. Çünki Emin Abbasov vaxtı ilə “Qarabağ”da çalışıb. Bununla belə, onun təklifdən imtina etdiyi bildirilir. Sualımıza Əmrah Çəlikəl sadəcə belə cavab verib: “Bəli, Emin Abbasovla da görüşmüşük”. Qeyd edək ki, Nurlan İbrahimovun klubdan ayrılmasından dörd gün sonra klubun mətbuat xidmətində çalışan Yusif Hüseynov da işindən ayrıldığını açıqlayıb. aia.az Geri dön |