Ana Sayfa > Gündəm > Qarabağda daha iki erməninin cəsədi tapıldı

Qarabağda daha iki erməninin cəsədi tapıldı


25-01-2021, 10:41. Yazar: sevinc1
Qarabağda daha iki erməninin cəsədi tapıldı



Qarabağda son döyüş əməliyyatları zonasından daha iki erməninin cəsədi tapılıb.

Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, cəsədlər Füzuli və Hadrut bölgəsində aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Ermənistan KİV-ləri ölənlərdən birinin hərbçi olduğunu yazıb.

Məlumata görə, ötən ilin 13 noyabr tarixindən indiyədək 1283 meyit aşkar edilib, onların 1268 nəfəri döyüş əməliyyatlarında iştirak edən hərbçi, könüllü və ehtiyatda olanlardır.

Axtarışlar bu gün Füzuli, Cəbrayıl, Hadrut, eləcə də Suqovuşan istiqamətində davam etdirilir.


aia.az
Geri dön