Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-5 > Könül Nurullayeva: “Ermənistanda post-konflikt dövrü müharibə dövrü qədər ağırdır”

Könül Nurullayeva: “Ermənistanda post-konflikt dövrü müharibə dövrü qədər ağırdır”


24-01-2021, 13:41. Yazar: admen
Könül Nurullayeva: “Ermənistanda post-konflikt dövrü müharibə dövrü qədər ağırdır”


Ermənistan hələ də 44 günlük Vətən müharibəsinin ağır nəticələri ilə mübarizə aparmağa çalışır, lakin nəticə yoxdur və olmayacaq. Faktiki post-müharibə sindromunun dərinləşməsi, ölkədə sosial və iqtisadi tənəzzül, əhalinin sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb olub. Siyasi mübarizənin kəskinləşməsi, Paşinyan hakimiyyətinin daxildə ciddi təzyiqlərə məruz qalmasının fonunda cinayətkar Köçəryan-Sarkisyan klanının hakimiyyəti ələ keçirmək üçün revanşist əməlləri və planları müşahidə olunmaqdadır. Döyüş meydanında ağır məğlubiyyətdən sonra istefaya göndərilən məmurların yerinə təyin olunanlar isə faktiki yerində deyil. Xüsusilə yeni müdafiə nazirinin cəmiyyət arasına çıxıb öz planlarını hələ də açıqlamaması böyük narazılıq yaradıb. Müharibədə ölən erməni hərbçilərin sayının gizlədilməsi də narazılığı artırır. Erməni mətbuatının 2020-ci il dekabrın 30-da Ermənistan Müdafiə Nazirliyinə ölmüş, itkin düşmüş, yaralanmış və əsir götürülmüş erməni hərbi qulluqçuların sayı ilə bağlı yazılı sorğusuna müsbət cavab almaması və məlumatın dərc olunmasını “məqsədəuyğun” bilməməsi əsəbləri tarıma çəkib.
Ümumiyyətlə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, yeni təyinatlar uğursuzdur və post-müharibə dövrü Ermənistan üçün hələ uzun müddət acınacaqlı şəkildə davam edəcək. Paşinyan hökuməti
ağır məğlubiyyətə haqq qazandırmaq və baş verənlərin bu və ya digər şəkildə cəmiyyət tərəfindən qəbul olunmasına çalışır. 44 günlük müharibəni bu vaxta qədər heç bir müharibə ilə müqayisə etməyin mümkün olmadığını dərk edən erməni cəmiyyəti Paşinyanın da bu reallığı etiraf etməsini istəyir. Lakin Paşinyan hələ də özünümüdafiə mövqeyinə üstünlük verir. Xüsusilə Moskva görüşündən sonra diplomatik müstəvidə də Paşinyanın zəif bənd qismində görünməsi onun istefasını tələb edənlərin sayını artırır. Hokumət konkret addımlar atmasa, bu ölkədəki mövcud xaos getdikcə daha da dərinləşəcək.

AIA.Az
Geri dön