Ana Sayfa > Manşet / Cəmiyyət / Seçilənlər-7 > “Qarabağın dirçəlişində iştirak etmək, hər bir azərbaycanlı üçün mənəvi borc və şərəfdir”

“Qarabağın dirçəlişində iştirak etmək, hər bir azərbaycanlı üçün mənəvi borc və şərəfdir”


22-01-2021, 16:56. Yazar: sevinc1
“Qarabağın dirçəlişində iştirak etmək, hər bir azərbaycanlı üçün mənəvi borc və şərəfdir”


Məşhur Məmmədov: “Heç kim bu prosesdən kənarda qalmamalıdır”

“Qarabağın dirçəldilməsi, onun hərtərəfli inkişafı qarşımızda duran əsas məsələlərdən biridir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili bu mühüm prosesdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının yaxından iştirakının vacib olduğunu bildirib:

“Ölkə başçısının bu məsələdəki yanaşmasında əsas məqam ondan ibarətdir ki, heç kim bu prosesdən kənarda qalmasın.

Təbii ki, Qarabağın dirçəlişində iştirak etmək hər bir azərbaycanlının mənəvi borcudur. Bu prosesdə yalnız ölkəmizdəki vətəndaşlar deyil, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da yaxından iştirakı vacib və arzuediləndir. Qarabağın dirçəlişində, inkişafında iştirak etmək həm tarixi torpaqlarımızın abadlaşması, onun dünyanın ən inkişaf etmiş bölgəsinə çevrilməsi, həm də mənəvi-ruhi rahatlığımız baxımından önəmlidir. Yəqin ki, bu prosesdə türk-islam dünyasının müxtəlif təşkilatları, fondları, şirkətləri də yaxından iştirak edəcək. Avropa dövlətləri, onların müvafiq qurumlarının da Qarabağın dirçəldilməsi prosesində iştirakı gözləniləndir.

Məsələ bundadır ki, bu prosesdə iştirak etmək istəyən insanlar, şirkətlər çoxdur. Buna görə də bütün bu fəaliyyətin koordinasiya edilməsinə, bütün işlərin nizamlı, mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə ehtiyac var. Qarabağ Dirçəliş Fondunun yaradılmasında əsas məqsədlərdən biri də məhz budur.

Buna görə də, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində yaxından iştirak etmək, işğaldan azad edilən torpaqlarımızın tərəqqisinə töhfə vermək, bu böyük, müqəddəs işdə pay sahibi olmaq hər birimiz üçün borc və şərəfdir. Əminəm ki, xalqımız, soydaşlarımız, sivil dünyanın müvafiq qurumları və dövlətləri ölkə başçısının fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun moderatorluğu altında qısa zamanda doğma Qarabağımızın yenidən dirçəldilməsini təmin edəcək, işğaldan azad edilən torpaqlarımız sadəcə Azərbaycanın deyil, bütün regionun ən qabaqcıl bölgələrindən birinə çevriləcək. Prezidentimizin qətiyyəti, ölkəmizin iqtisadi gücü, xalqımızın ölkə başçısı və dövlətimiz ətrafındakı birliyi bu böyük missiyanı uğurla başa vurmağa imkan verir”.

aia.az
Geri dön