Ana Sayfa > İqtisadiyyat > İqtisadiyyat Nazirliyinə 45 mindən çox müraciət ünvanlanıb

İqtisadiyyat Nazirliyinə 45 mindən çox müraciət ünvanlanıb


22-01-2021, 13:51. Yazar: sevinc1
İqtisadiyyat Nazirliyinə 45 mindən çox müraciət ünvanlanıb



2020-ci il ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 45 mindən çox müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən aia.az -a bildirilib ki, müraciətlər əsasən, istehlakçıların hüquqlarının qorunması, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi mexanizmləri, reklam qanunvericiliyi, həmçinin qurumun səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

aia.az
Geri dön