Ana Sayfa > Karusel / Səhiyyə > Koronavirusa yoluxanların sayı 98 milyonu ötdü

Koronavirusa yoluxanların sayı 98 milyonu ötdü


22-01-2021, 09:42. Yazar: sevinc1
Koronavirusa yoluxanların sayı 98 milyonu ötdü


Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 98 milyon 89 min 877 nəfərə çatıb.

aia.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 100 min 404 nəfərdir. İndiyədək 70 milyon 467 min 972 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

aia.az
Geri dön