Ana Sayfa > Parlament > 20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır -
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır -20-01-2021, 15:25. Yazar: sevinc1 |
20 Yanvar şəhidləri müstəqilliyimiz yolunda öz canlarını qurban veriblər. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib. O deyib ki, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı: "Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik". Şeyxülislam qeyd edib ki, 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır: "Mixail Qorbaçov bu yaxınlarda açıqlama verdi, ikitərəfli danışdı". AİA.AZ Geri dön |