Ana Sayfa > Ölkə > Muğanlı kəndində şəhidlərimizin xatirə kompleksi inşa olunur
Muğanlı kəndində şəhidlərimizin xatirə kompleksi inşa olunur19-01-2021, 14:23. Yazar: sevinc1 |
![]() Ağstafa rayonunda şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə daha bir xatirə kompleksi Muğanlı kəndində inşa olunur. Ağstafa RİH başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə tikinti işləri ilə yerində tanış olub, bu işdə təşəbbüs göstərən kənd sakinlərinə dərin minnətdarlığını ifadə edib. Burada ölkəmizin suverenliyi uğrunda canından keçmiş Muğanlı kəndinin 8 şəhidinin xatirəsi əbədiləşdiriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət etsin! aia.az ![]() Geri dön |