Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəkmi? -
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəkmi? -19-01-2021, 11:21. Yazar: sevinc1 |
TƏBİB COVİD-19 virusuna yoluxaraq sağalmış şəxslərin peyvənd olunub-olunmayacağına aydınlıq gətirib. TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir: "Son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslər "E-TƏBİB" sistemində bloklanmış halda olacaq. Lakin 6 aydan sonra (tibbi cəhətdən qandakı anticismlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər". aia.az Geri dön |