Ana Sayfa > Qərbi Azərbaycan > TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb

TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb


19-01-2021, 10:07. Yazar: sevinc1
TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb



Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əhalini bu qurumun adından sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamağa çağırıb.

Trend-in məlumatına görə, R.Bayramlı “Xəzər” kanalına müsahibəsində bildirib ki, insanlarda əks-təbliğat hissləri oyadan, çaşqınlıq yaradan məlumatlar yayılır:

“Təəssüflər olsun ki, insanlara yalan məlumatların verilməsi halları olur. Vətəndaşlarımızdan xahişimiz odur ki, Səhiyyə Nazirliyinin, İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəsmi şəxslərinin açıqlamalarına etibar etsinlər”.

aia.az
Geri dön