Ana Sayfa > Gündəm > AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb19-01-2021, 09:50. Yazar: sevinc1 |
Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb. Trend-in məlumatına görə, bunu AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib. Elmin təşkili üzrə müəyyən boşluqların olduğunu deyən A.Qəribov bu məqsədlə akademiyada bir sıra islahatlar aparıldığını söyləyib: “Akademiyada aparılan islahatlar hələlik başlanğıcdır. İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”. aia.az Geri dön |