Ana Sayfa > Aia TV / Karusel > Qroysman baş nazirliyi qəbul etdi

Qroysman baş nazirliyi qəbul etdi


13-04-2016, 12:31. Yazar: admin


Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman Nazirlər Kabinetinə rəhbərlik etməyə razılıq verib və bildirib ki, parlamentdəki koalisiya üzvləri ilə yeni hökumətin yaradılmasında razılıq əldə edilib.

Aia.az xəbər verir ki, Qroysman bu barədə özünün Feysbuk səhifəsində yazıb.

“Biz, bu gün içində olduğumuz böhrandan çıxmaq üçün məqbul format əldə etdik”, - Qroysman bildirib.

Onun sözlərinə görə, bu gün parlament koalisiyası üzvlərinin Nazirlər Kabineti tərkibini müzakirə etmək imkanı olacaq.
Geri dön