Ana Sayfa > İdman > Marselino Toral tarixə düşdü

Marselino Toral tarixə düşdü


18-01-2021, 14:51. Yazar: sevinc1
Marselino Toral tarixə düşdü

"Atletik"in baş məşqçisi Marselino Toral tarixə düşüb.

56 yaşlı mütəxəssis Superkubokun finalında "Barselona"ya qalib gələrək buna nail olub.

Onun rəhbərlik etdiyi komanda həlledici qarşılaşmada kataloniyalıları 3:2 hesabı ilə məğlub edib. Marselinonun başçılığı altında 2019-cu ildə "Valensiya" İspaniya kubokunun finalında "Barselona"nı qalib gəlməyi bacarıb. Bununla ispaniyalı ardıcıl iki finalda "Barselona"nı məğlub edən ilk məşqçi olub.

Qeyd edək ki, "Atletik" yarımfinalda İspaniyanın digər nəhəngi "Real"ı mübarizədən kənarlaşdırıb.

AİA.Az
Geri dön