Ana Sayfa > Dünya > Ermənistan parlamenti üçtərəfli bəyanata etiraz etmədi
Ermənistan parlamenti üçtərəfli bəyanata etiraz etmədi18-01-2021, 12:28. Yazar: sevinc1 |
Ermənistan parlamentinin deputatları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatının hüquqiliyinin müzakirəsi barədə məsələni iclasın gündəliyinə salmaqdan imtina edib. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, müxalif "Çiçəklənən Ermənistan" partiyasının irəli sürdüyü təklif səs çoxluğu ilə rədd edilib. Qeyd olunur ki, bəyanatın müzakirəsinin lehinə 40, əleyhinə isə 73 deputat səs verib. aia.az Geri dön |