Ana Sayfa > Gündəm > Qarabağda daha üç erməni hərbçinin cəsədi tapıldı
Qarabağda daha üç erməni hərbçinin cəsədi tapıldı18-01-2021, 11:34. Yazar: sevinc1 |
![]() Qarabağda aparılan axtarış əməliyyatları zamanı daha üç erməni hərbçinin cəsədinin qalıqları tapılıb. Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, iki cəsəd Cəbrayılda aşkarlanıb, onların şəxsiyyəti DNT analizi ilə müəyyən ediləcək. Meyiti tapılan digər hərbçinin Arsen Mamikonyan olduğu dəqiqləşib. Axtarış işləri bu gün Hadrut, Füzuli və Cəbrayıl istiqamətində davam etdiriləcək. Noyabr ayında axtarışlar başlayandan bəri, son döyüş əməliyyatları zonasından 1238 erməni hərbiçinin cəsədi və qalıqları aşkar edilib. aia.az Geri dön |