Ana Sayfa > İdman > Bir ilə 45 milyon istəyir

Bir ilə 45 milyon istəyir


13-04-2016, 12:19. Yazar: admin
Bir ilə 45 milyon istəyir







"Barselona"nın futbolçusu Neymar dünyanın ən çox qazanan futbolçusu ola bilər.

İspaniya mətbuatının yazdığına görə, o yeni müqavilə ərəfəsində illik gəlirinin artırılmasını tələb edir. Hazırda ilə 9 milyon 180 min avro qazanan Neymar yeni müqavilədə ilə 45 milyon avro qazanmaq istəyir.

Məlumatlara görə onunla Madridin "Real", Fransanın “PSJ” və İngiltərənin "Mançester Siti" klubu kimi komandalar maraqlanır.

“Barselona” yayda bir neçə yeni sponsorla anlaşaraq büdcəsini genişləndirmək və Neymarı komandada saxlamağı planlaşdırır.

Klubun digər futbolçusu Lionel Messinin yeni mövsümdən "Barselona"da ilə 42 milyon avro qazanacağı iddia olunur.
Geri dön