Ana Sayfa > Karusel / Təhsil > Gəncə təhsilində nələr baş verir? - Prezidentə müraciət olundu

Gəncə təhsilində nələr baş verir? - Prezidentə müraciət olundu


17-01-2021, 16:12. Yazar: admen
Gəncə təhsilində nələr baş verir? - Prezidentə müraciət olundu

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

İkinci MÜRACİƏT
Çox hörmətli Prezident!
Bununla yazıb Sizə bildirirəm ki, mən Gəncə şəhər 30 nömrəli tam orta məktəbin direktoru İlham Həsənov və həmkarım 29 nömrəli tam orta məktəbin direktoru Valeh Hüseynov ömrümüz boyu, Ulu Öndər, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları uğrunda daim yorulmadan mübarizə aparmışıq və müstəqil dövlətimizin çiçəklənməsində var qüvvəmizi əsirgəməmişik. Hər ikimiz Respubikanın əməkdar müəllimləriyik. Şəxsən mən, Heydər Əliyevin yolunda gözlərimi qırpmadan ölümün gözlərinə dik baxmışam. Mənim atam müəllim, anam müəllim, özüm müəlim, bacılarım müəllim, həyat yoldaşım müəlim və nəhayət qızım müəllim, bütövlükdə müəllim ailəsiyik. Ulu Öndər Heydər Əliyev demişdir: “Mən müəllimdən yüksək ad tanımıram”. Amma sabiq Təhsil Naziri Ceyhun Bayramovun əmri ilə, Gəncə şəhərinə göndərilən, Gəncə Şəhər Təhsil İdarəsinin Rəisi təyin olunan, Anar Qədiməliyev ixtisasca mühasibdir. O, əsl müəllimin qədrini necə bilə bilər. Ceyhun Bayramov əslən Gədəbəy rayonundan olduğu üçün, onu bu sistemə gətirmişdir. Çünki, əslən o da, Gədəbəy rayonundandır.

Allah rəhmət eləsin, Ulu Öndərin bir dahi sözü də var: “ Təhsil millətin gələcəyidir”. Bəli, yaxşı bir deyim də var. Bir xalqı məhv etmək istəyirsənsə onun təhsilini məhv elə. Anar Qədiməliyevin Gəncə Təhsilinə rəhbərlik etməsi, məhz Gəncə təhsilini uçuruma aparır. Onun altı aydır, Gəncə təhsilində rəhbərlik etməsində təhsilə bir yenilik gətirib. İdarədə heç bir müəllim və məktəb direktorlarını qəbul etməmək, ancaq kabinetdə oturub telefon və komputerdə oynamaqdır. Altı aydır ki, o, mahiyyət etibarı ilə, təhsildə heç bir real addım atmayıb. Ona görə də, Təhsil Nazirliyininin bir qrup özünə yaxın adamları ilə əlaqəyə girərək, bizim kimi əsl təhsil işçilərini, düşünülmüş formada təhsildən uzaqlaşdırdı. Bəlkə də bu işlərin dərinliyini, Nazir Emin Əmrullayev bilmir. Çünki, Əmək məcəlləsinin 10/1 maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirinin 2011-ci il 15 iyul 1404 nömrəli əmrinə əsasən Dövlət Təltifi və Fəxri adı olan, ictimaiyyət arasında nüfuz və hörmət qazanan işçilər ildə bir dəfə müqavilə bağlamaqla, 70 ( yetmiş) yaşa qədər işləyə bilər. Amma bunlar bizimlə, cəmi dörd ay müqavilə bağladılar. Heç olmasa dərs ilinin sonuna qədər işləməyə qoymadılar. Bu isə açıq qərəzçilik və düşmənçilikdi. Anar Qədiməliyev bu gün Gəncədə elə ab-hava yaradıb ki, müəllimləri qəsdən dövlətdən narazı və incik salır. Şəhərin bütün ziyalıları, belə özbaşınalığa, belə haqsızlığa, belə ədalətsizliyə rişxənd edib gülürlər.

Cənab Prezident, tanınmış Azərbaycan şairi Nəsimini öz dövrünə görə dərisini soydular. XX –ci əsrin 37-ci illərində şair Mikayıl Müşviq, Əhməd Cavad, Hüseyn Cavid vəs... şairləri, öz dövrünə görə güllələdilər. Bu gün, Təhsil Naziri Emin Əmrullayevin əmri ilə, mənim kimi xalqın şairini, Prezident mükafatçısını, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvünü, Aşıqlar Birlıiyinin üzvünü, təkcə Qarabağ müharıbəsindəki qələbəmizə görə, yazdığı şeirləri və 8 (səkkiz) şeir kitabının müəllifini, mənəvi cəhətdən öldürdülər. Şəxsən məndən ötəri, o ölümlə, bu ölüm arasında heç bir fərq görmürəm.

Cənab Prezident! Siz dəfələrlə televiziya ekranlarında rəsmi çıxışınızda demisiniz ki, mənə gələn şikayət məktublarını, kimdən şikayət edilir, bəzi məmular həmin adamın özünə göndərirlər. Çox doğru buyurmusunuz, Cənab Prezident, bir çox məmurlar vəzifələrindən sui istifadə edərək, Sizə xəyanət edirlər. Vətəndaşların şikayətlərinə başdan-sovdu baxırlar. Vətəndaşlara konkret heç bir əməli köməklik göstərmirlər. İndi bu gün, Gəncə şəhərində bir nömrəli Heydər Əliyevçi kimi tanınan, onun alovlu təbliğatçısı, 1995 –ci ildən YAP-n üzvü İlham Həsənov, hazırki fəal mübarizə yolunda, niyə cərgədən geri qalmalıdır.

Cənab Prezident, yuxarıdakıları nəzərə alaraq, bizim tapdanılmış hüquqlarımızın bərpa olunmasına, yenidən öz vəzifəmizə qaytarılmasına ölkə rəhbəri kimi ilk növbədə, doğma əmim oğlu kimi köməklik göstərilməsi üçün, Təhsil Naziri Emin Əmrullayevə göstəriş vermənizi xahiş edirik.

Hörmətlə:
İlham Həsənov
Valeh Hüseynov.
Respublikanın əməkdar müəllimləri.

Əlaqə nöm: mob:
050-333-40-27 ev: 022- 255-57-73 İlham Həsənov
050 – 678- 12-00 ev: 022- 264-40-23 Valeh Hüseynov //moderator.az//
Geri dön