Ana Sayfa > Gündəm > Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH16-01-2021, 12:45. Yazar: admen |
![]() Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı məlumat yayıb. AİA.Az bildirir ki, karantinin rejiminin yumşaldılmasına başlanılıb. Qərarları qısa variantda təqdim edirik: Karantin rejiminin müddətinin aprelin 1-dək uzadılıb 18 yanvardan SMS və portaldan icazə ləğv olunur Bərbərlər, mağazalar 25 yanvardan, restoranlar isə 1 fevraldan işləyəcək İctimai nəqliyyat həftəsonları işləməyəcək. (Ən azı aprelin 1-dək) Metro işləməyəcək "Mallar", iri ticarət mərkəzləri işləməyəcək Təhsil ocaqları, kurslar və s. hələ ki işləməyəcək. (Gələn həftə bunla bağlı brifinq olacaq) Maskadan istifadə məcburidir. 18 yanvardan vaksinaisya başlayır Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq Rayonlara gediş-gəliş 25 yanvardan bərpa olunur. Aşağıdakı ərazilər istisna: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonu. Geri dön |