Ana Sayfa > Karusel / Gündəm > “Tanınmış şəxslər icazə almaqla hərbi formadan istifadə edə bilər” -
“Tanınmış şəxslər icazə almaqla hərbi formadan istifadə edə bilər” -15-01-2021, 15:56. Yazar: sevinc1 |
![]() “Aktyorlar, müğənnilər və digər tanınmış şəxslər yalnız Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”. aia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov deyib. O bildirib ki, səfərbərlik üzrə orduya çağırılmış və tərxis olmuş şəxslər mövcud qaydalara əməl etməlidirlər. Onun sözlərinə görə, bura həmçinin, tanınmış şəxslər də aiddir: “Hərbi formadan istifadə hüququ olmayan şəxslər yalnız müvafiq qurumların icazəsi əsasında hansısa videoçarx, film və digər tədbirlər üçün istifadə edə bilərlər”. aia.az Geri dön |