Ana Sayfa > İqtisadiyyat > Həlak olmuş erməni hərbçilərin kredit borcu silinməyib və silinməyəcək - Bankdan açıqlama
Həlak olmuş erməni hərbçilərin kredit borcu silinməyib və silinməyəcək - Bankdan açıqlama13-04-2016, 11:44. Yazar: admin |
"Bank VTB (Ermənistan)" QSC bu ayın əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini sıfırlamağı planlaşdırmır. "AİA.az" xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "VTB Qrup"un Mətbuat Mərkəzindən bildirilib. "Belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır", - deyə məlumatda qeyd edilib. Xatırladaq ki, Ermənistan və Rusiya mətbuatının yaydığı məlumata əsasən, "Bank VTB (Ermənistan)" QSC Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edib. Geri dön |