Ana Sayfa > İdman > "Barselona" Messisiz ardıcıl 10 oyundur uduzmur

"Barselona" Messisiz ardıcıl 10 oyundur uduzmur


14-01-2021, 19:40. Yazar: azer
"Barselona" Messisiz ardıcıl 10 oyundur uduzmur

"Barselona" kapitanı Lionel Messi olmadan ardıcıl 10 matçdır məğlub olmur.

Bu barədə "Opta Sports" məlumat yayıb. Kataloniya klubu son olaraq dünən İspaniya Superkubokunun yarımfinalında "Real Sosyedad"la görüşdə argentinalı hücumçu oynamadan qələbə qazanıb (əsas vaxt - 1:1, penaltilər seriyası - 3:2). Bundan əvvəl Messinin meydana çıxmadığı 9 görüşündə 7-də isə "Barselona" qələbə qazanıb, 2-də heç-heçə edib.

Qeyd edək ki, Messi zədə səbəbindən Superkubokun final qarşılaşmasını da buraxa bilər.

AİA.Az
Geri dön