Ana Sayfa > Media > Lamiyə türkiyəli iş adamına ərə gedib

Lamiyə türkiyəli iş adamına ərə gedib


13-04-2016, 11:38. Yazar: admin
Lamiyə türkiyəli iş adamına ərə gedib






Məhbəs həyatı ilə gündəmə gələn Lamiyə Quliyeva ailə həyatı qurub.

"AİA.az" xəbər verir ki, bu barədə azvision.az-a keçmiş məhbus xanım özü məlumat verib. Bildirib ki, ailə qurduğu şəxs türkiyəli iş adamıdır.

"Artıq ailə həyatı qurmuşam. İstəmirəm qalmaqallarla gündəmə gəlib. Vaxtımı həyat yoldaşım və oğluma ayırmaq istəyirəm.

Mən gənc xanımam. Hamı kimi mən də istəyirdim ailəm olsun. Şükür Allaha artıq öz dünyam, ailəm var. Türkiyəli iş adamı ilə ailə qurmuşam. Həyatımdan razıyam", - deyə L.Quliyeva bildirib.

Qeyd edək ki, keçmiş məhkum Lamiyə Quliyevə ötən ilin fevralında azadlığa buraxılıb.
Geri dön