Ana Sayfa > İqtisadiyyat > TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək
TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək14-01-2021, 16:22. Yazar: sevinc1 |
Trans-Anadolu qaz kəməri (TANAP) 2022-ci ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək. Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında deyib. O qeyd edib ki, TANAP-ın kommersiya istismarı başladıqdan etibarən Türkiyəyə 8,4 milyard kubmetr qaz nəql edilib: "Tədürükün üçüncü ilindən başlayaraq, boru kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr tədarük ediləcək, 2022-ci ildən isə Avropaya ildə 10 milyard kubmetr qaz daxil olacaq". Onun sözlərinə görə, 2020-ci il dekabrın 31-də Trans-Adriatik boru kəməri ilə (TAP) Avropaya 10,9 milyon kubmetr qaz nəql edilib. aia.az Geri dön |