Ana Sayfa > Ölkə > Erməni təxribatı nəticəsində Tərtərdə neçə obyekt tam dağılıb?
Erməni təxribatı nəticəsində Tərtərdə neçə obyekt tam dağılıb?13-01-2021, 18:00. Yazar: sevinc1 |
Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi yekunlaşmaq üzrədir. Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib. O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə 90 faiz əraziyə baxış keçirib: “Ümumilikdə 3 800 obyektə baxış keçirilib. Onlardan 34-ü sosial, 24-ü inzibati bina, 102-si sahibkarlıq obyektidir. Həmin obyektlərdən 76-sı tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil. Qalan mənzil və obyektlər bərpa və təmirə ehtiyacı olanlardır. Hazırda 600-ə yaxın obektə baxış keçiriləcək ki, həmin obyektlərin sahibləri sonradan komissiyaya müraciət ediblər”. aia.az Geri dön |