Ana Sayfa > Karusel / Gündəm > DİN Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirdi
DİN Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirdi12-01-2021, 16:26. Yazar: sevinc1 |
![]() Daxili İşlər Nazirliyi (DİN) Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub: "Hazırda araşdırma aparılır. İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib". Xatırladaq ki, bu gün Bakıda qadın və uşaq sığınacağına hücuum olub. 3 nəfər şəxs sığınacağa hücum edərək oranın əməkdaşına ağır xəsarətlər yetirib. Məluata görə, sığınacağa hücum edənlər orada məskunlaşan bir qadının ailə üzvləridir. aia.az Geri dön |