Ana Sayfa > Media > Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır12-01-2021, 09:00. Yazar: sevinc1 |
Astronomlar yaxın iki gündə potensial təhlükəli “2020 WU5” asteroidinin planetimizin yaxınlığından keçəcəyini bildirirlər. “RİA Novosti”nin məlumatına görə, onun hərəkət trayektoriyası NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının veb saytında verilib. “2020 WU5” asteroidi 2020-ci ilin noyabr ayında “NEOWISE” (“Wield-Field Infrared Survey Explorer”) kosmik teleskopu tərəfindən əldə edilmiş şəkillərdə aşkar edilib. Asteroid orbitləri xaricdən yer üzü ilə kəsişən “Apollon” qrupuna aiddir. Diametri 0,5-1,1 kilometr arasında olan səma cisminin Yerə ən yaxın yanaşması yanvanın 13-dən 14-nə keçən gecə gözlənilir. Bildirilir ki, Şimal yarımkürəsinin orta enliklərində onu müşahidə etmək üçün yaxşı şərait olacaq. Asteroidin Yerdən kifayət qədər uzaq keçməsinə baxmayaraq (müxtəlif hesablamalara görə, 8,1-7,5 milyon kilometr arasında), potensial təhlükəli kimi təsnif edilir. aia.az Geri dön |