Ana Sayfa > Təhsil > SDU-nun rektoru onlayn keçirilən imtahanları izlədi

SDU-nun rektoru onlayn keçirilən imtahanları izlədi


11-01-2021, 14:46. Yazar: sevinc1
SDU-nun rektoru onlayn keçirilən imtahanları izlədi




Azərbaycan Respublikası Təhsil Nazirinin Ali və orta ixtisas müəssisələrində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkil edilməsi barədə F-530 saylı 11.12.2020-ci il tarixli əmrinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində payız semestrinin imtahan sessiyası yanvarın 11-də onlayn rejimdə keçirilməsinə start verildi. SDU-nun rektoru, professor Elxan Hüseynov İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisası üzrə I kurslarda və Dünya iqtisadiyyatı ixtisası üzrə IV kurslarda onlayn formada təşkil olunan imtahan prosesinə qoşularaq tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandı.

Əvvəlcə rektor İqtisadiyyat ixtisası üzrə I kursların (730 qrup)Azərbaycan tarixi ixtisasından dosent Əmirxan İsayevin fənnindən imtahan verən tələbələrin cavablarını dinlədi. Dosent Əmirxan İsayev tələbələrin imtahanda fəal iştirak etdiyini bildirdi.

Rektor tələbələrə koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətə uyğun olaraq SDU-da tədrisin onlayn formada (məsafədən) uğurla təşkil edilməsi üçün bütün texniki imkanların yaradıldığını və imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini bildirdi.Tələbələrə kömək məqsədi ilə 2020-2021-ci tədris ilinin payız semestrində cari qiymətləndirmənin həyata keçirilməsində, Elmi Şuranın qərarı ilə bir sıra sədələşdirilmiş qaydaların tətbiq olunmasını diqqətə çatdırdı. Qeyd etdi ki, davamiyyətə görə tətbiq olunan 50%-lik limit ləğv olunur və bütün tələbələr imtahanlara buraxılır. Əvvəlcədən müəyyən edilmiş sərbəst işlərin sayı 10-dan 2-yə endirildi. Semestr ərzində müəyyən səbəblərdən dərslərdə iştirak etməyən və yaxud heç bir bal toplamayan tələbələrə imtahana giriş balı kimi 20 bal- bunlardan 10 bal sərbəst işə, 10 bal isə məşğələ və laboratoriya dərslərinə görə verilir. İmtahan sualları azaldılaraq 90 suala endirildi.Tələbələrin biliyinin obyektiv qiymətləndiriləcəyinə əminliyini ifadə edən rektor imtahanda iştirak edən tələbələrin suallarını cavablandırdı və onlara uğurlar arzuladı.

Tələbələr də öz növbələrində yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirdilər.Onlayn formada keçirilən imtahan sessiyasının yüksək səviyyədə təşkilinə görə rektor professor Elxan Hüseynova dərin minnətdarlıqlarını ifadə etdilər.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetində imtahan sessiyasının gedişinə nəzarət, yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Sona Məhərrəmovanın rəhbərliyi ilə 8 nəfərdən ibarət Appelyasiya Komissiyası, distant (məsafədən) formada keçirilən imtahan prosesində yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə dosent Natiq Talıbovun rəhbərliyi ilə 14 nəfərdən ibarət imtahan qərargahı yaradılmışdır.

SDU-da payız semestrinin imtahan sessiyası yanvarın 11-dən başlayıb, fevralın 6-dək davam edəcək. Mütəmadi olaraq sessiyanın gedişinə rektor və prorektorlar nəzarət edəcək.

aia.az







Geri dön