Ana Sayfa > Siyasət > Prezident təkrar parlament seçkiləri ilə bağlı qərar verdi - 18 iyunda

Prezident təkrar parlament seçkiləri ilə bağlı qərar verdi - 18 iyunda


13-04-2016, 10:52. Yazar: admin
Prezident təkrar parlament seçkiləri ilə bağlı qərar verdi - 18 iyunda






90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında Azərbaycan prezidenti Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilsin.

Qeyd edək ki, ötən il noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclasında 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələri ləğv edilib. Həmin dairədən isə lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev idi.




Mənbə: Qafqazinfo.az
Geri dön