Ana Sayfa > Gündəm > Erməni keşiş Qazaxın kəndlərinin Azərbaycana veriləcəyi halda silaha sarılacağı ilə hədələdi...
Erməni keşiş Qazaxın kəndlərinin Azərbaycana veriləcəyi halda silaha sarılacağı ilə hədələdi...9-01-2021, 12:04. Yazar: azer |
![]() Bağanis-Ayrım kəndi artıq 31 ilə yaxındır ki, işğal altındadır... “Birdən Tavuş vilayətindən də ərazilərin və yaşayış yerlərinin Azərbaycana təslim edilməli olduğu ortaya çıxsa, bizim yerimiz səngərdə olacaq”. aia.az xəbər verir ki, işğalçı Ermənistan nəşrlərinin yaydığı məlumata görə, bu sözləri Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyan söyləyib. Üzdəniraq erməni keşiş son günlər “Tavuş vilayətindən də ərazilərin və yaşayış yerlərinin Azərbaycana təslim edilməli olması” haqda söz-söhbətlərin bütün erməni din xadimləri və əahlinin narahat olduğunu ifadə edib. İşğalçı xislətli erməni din xadiminin söz açdığı ərazilər 10 Noyabr razılaşmasına əsasən Qazax rayonunun Azərbaycana qaytarılmalı olan 7 kəndidir. Xatırladaq ki, Qazax rayonunun işğalda qalan kəndləri bunlardır: Bağanis Ayrım – 24.03.1990 Xeyrimli – 08.03.1992 Aşağı Əskipara – 12.03.1992 Barxudarlı – 27.04.1992 Sofulu – 27.04.1992 Qızılhacılı - 11.05.1992 Yuxarı Əskipara – 08.06.1992 Göründüyü kimi, Bağanis-Ayrım kəndi artıq 31 ilə yaxındır ki, işğal altındadır. Geri dön |